Yağ filtri mühərrikdə dövr edən yağdan metal hissəcikləri, his, toz və oksidləşmə məhsullarını təmizləyir. Bu çirklər filtrdə tutulmasa, yataqları, silindr divarlarını və turbini aşındırır.
Filtrin içində bir neçə vacib element var: filtr kağızı (və ya sintetik material) çirkləri tutur; geri qaytarma klapanı mühərrik dayananda yağın karterə axmasının qarşısını alır, beləliklə işəsalma zamanı yağlama ləngimir; bypass klapanı isə filtr tıxandıqda yağın filtrdən yan keçərək mühərriyə çatmasını təmin edir.
Ucuz, keyfiyyətsiz filtrlərdə filtr materialı tez cırılır, klapanlar sıx bağlanmır və ya bypass çox tez açılır. Nəticədə yağ faktiki olaraq təmizlənmir. Ona görə də MANN-FILTER, BOSCH kimi orijinal keyfiyyətli brendlərə üstünlük verin.
Filtri necə seçmək olar? Avtomobilin markası, modeli, buraxılış ili və mühərrik koduna görə kataloqdan seçin. Eyni görünən filtrlərin klapan təzyiqi və yiv ölçüsü fərqli ola bilər. Yağ filtri hər yağdəyişmədə dəyişdirilməlidir.
Bir məsləhət: hava filtrini də unutmayın. Tozlu şəraitdə hava filtri tez tıxanır, bu da mühərrikin gücünü azaldır və yanacaq sərfiyyatını artırır.